“Rusiya Ukraynaya qarşı qitələrarası ballistik raketdən istifadə edib”

21.11.2024

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiya Federasiyası bu gün Ukraynaya qarşı qitələrarası ballistik raketdən istifadə edib”. 

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat yayıb.

"Noyabrın 21-də Ukrayna Ləyaqət və Azadlıq Gününü qeyd edir. Bu gün bizim dəli qonşumuz bir daha insanların həyatına necə xor baxdığını göstərdi”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, hazırda düşmən Ukraynaya qarşı istifadə etmək üçün bütün dünyada raket axtarışını davam etdirir. 

Zelesnki qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadan təlim meydançası kimi istifadə edir. 

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью