Rusiya Ukraynaya raket hücumu edib, elektrik enerjisi kəsilib

17.11.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 17-də səhər saatlarında Rusiya Ukraynaya iri raket hücumu həyata keçirib. Enerji infrastrukturu obyektləri hücuma məruz qalıb.

APA xəbər verir ki, DTEK - Ukraynanın ən böyük özəl enerji şirkətinin məlumatına görə, Rusiyanın zərbələri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq olunacaq.

"Kiyev, Kiyev vilayəti, Donetsk vilayəti, Dnepropetrovsk vilayəti, Ukrenerqo istiqamətində elektrik enerjisi kəsilib" – məlumatda bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью