Rusiya Ukraynaya raket hücumuna keçdi, NATO ilə Polşanın qırıcıları havaya qalxdı

21.11.2024

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hurriyyet.az xəbər verir ki, Rusiya Ukraynaya raket hücumuna keçib. NATO və Polşanın qırıcıları havaya qaldırılıb.
Bu gün səhər saat 5 radələrində Miq-31K-nın uçuşu ilə əlaqədar Ukraynada hava həyəcanı siqnalı verilib. Ardından şərqdən Dneprə doğru hərəkət edən sürət hədəfi barəsində məlumat verilib.
Rusiya ordusu Tu-95 strateji qırıcısını da havaya qaldırıblar. Ukraynanın Hərbi Hava Qüvvələri Engels rayonu ərazisindən X-101 raketinin atıldığını xəbər veriblər.
Kiyev, Odessa, Dneprpetrovsk və Donetsk vilayətlərində və bir sıra başqa rayonlarda elektrik enerjisinin verilməsi dayandırılıb. 
Hücum nəticəsində Dnepropetrovsk şəhərindən sənaye müəssisəsi zədələnib. Şəhərdə iki partlayış baş verib.
Polşa Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları və NATO-nın Vişeqrad qrupunun təyyarələri Rusiyanın raket zərbəsinə cavab olaraq havaya qaldırılıb.
Hürr Tərcüman
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью