Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya mayın 24-dən 25-nə keçən gecə Ukrayna ərazisinə rekord sayda dronla hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata əsasən, Rusiya Ukraynaya müxtəlif növ 69 raket buraxıb:
"Onlardan doqquzu "İsgəndər" ballistik raketi olub. Raketlərdən 45-i vurulub. Bundan başqa rusiyalılar hücum zamanı rekord sayda - 298 pilotsuz uçuş aparatından (əvvəlki rekord 273 olub) istifadə ediblər. Dronlardan 266-sı vurulub və ya zərərsizləşdirilib".