Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı

18.09.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Ukrayna hərbçilərinə məxsus olduğu güman edilən 1000 meyit qaytarılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

Məlumata görə, yaxın vaxtlarda bütün zəruri ekspertizalar aparılacaq və repatriasiya olunmuş meyitlərin şəxsiyyəti müəyyən ediləcək.

Qərargah, Beynəlxalq Qızıl Xaç Komitəsinə və Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə meyitlərin müəyyən edilmiş ixtisaslaşdırılmış dövlət müəssisələrinə daşınmasını, eləcə də hüquq-mühafizə orqanlarına və Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertiza sisteminə təhvil verilməsinə görə təşəkkür edib.

Qərargahdan əlavə ediblər ki, meyitlərin şəxsiyyəti ən qısa müddətdə müəyyən ediləcək.


Aysel,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью