Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrində həyata keçirdiyi hava hücumlarında 5 mülki şəxs ölüb, 56 nəfər isə yaralanıb.
525.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təcili Xidmətlərindən (DSNS) verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, paytaxt Kiyev də daxil olmaqla Ukraynanın müxtəlif bölgələri hücumlarda hədəf alınıb.
Kiyevdə 1 nəfər ölüb, 21 nəfər yaralanıb. Digər ərazilərdə isə ölü sayı 4-ə, yaralı sayı isə 35-ə bərabər olub.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın ölkəyə hücumlarında istifadə etdiyi müxtəlif tipli 186 pilotsuz uçuş aparatından (PUA) 150-nin məhv edildiyini bildirib.
İbrahim Cəfərov