Rusiya üzərində 605 PUA vuruldu

06.08.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə Ukraynaya məxsus 605 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Vladimir, Voronej, Kaluqa, Kursk, Lipetsk, Nijni Novqorod, Oryol, Rostov, Ryazan, Smolensk, Tambov, Tver, Tula və Yaroslavl vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Krım, həmçinin Azov və Qara dəniz akvatoriyaları üzərində vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью