Rusiya üzərində 64 Ukrayna PUA sı vurulub

15.11.2025

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Rusiya hava hücumundan müdafiə vasitələri gecə ərzində ölkə üzərində 64 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, 14 noyabr saat 23:00-dan 15 noyabr saat 07:00-dək döyüş növbəsində olan hava hücumundan müdafiə vasitələri ümumilikdə 64 ədəd Ukrayna PUA-sını vurub. PUA-lar Ryazan, Rostov, Tambov, Voronej, Belqorod, Saratov, Lipetsk, Tula, Samara vilayəti və Tatarıstan Respublikası üzərində hədəfə tuş gəlib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью