Rusiya və ABŞ arasında yeni danışıqlar olacaq

30.09.2025

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Rusiya və ABŞ rəsmiləri oktyabrda iki ölkə arasındakı problemləri aradan qaldırmaq üçün yeni görüş keçirməyi planlaşdırırlar.
Yeniavaz.com
“İzvestiya” qəzeti mənbələrə istinadla xəbər verir ki, ABŞ-nin Moskvadakı səfirliyi  nəşrin gələn ay belə bir görüşün keçirilməsinin mümkünlüyü ilə bağlı sualına cavab olaraq bu məlumatı təkzib etməyib.
“Biz bu danışıqların gələcəkdə hər iki tərəf üçün əlverişli olduğu vaxtda davam etdiriləcəyini gözləyirik”, - diplomatik nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, sentyabrın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ilin payızında Rusiya və ABŞ arasında iki ölkə arasında problemli faktorlar üzrə məsləhətləşmələrin üçüncü raundunun keçiriləcəyini bəyan edib.
Xatırladaq ki, ilk iki tur fevralın 27-də və aprelin 10-da İstanbulda baş  tutub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью