Rusiya və ABŞ arasında yeni görüş... Ryabkov

20.09.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İkitərəfli münasibətlərdəki qıcıqlandırıcı amillərin həlli üçün Rusiya-ABŞ nümayədələrinin yeni görüşü yaxın həftələrdə planlaşdırılır.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, bu cür görüşlər bir qədər müntəzəm hal alıb:

"Biz bunu faydalı hesab edirik. Digər məsələ isə məzmunlu nöqteyi-nəzərdən irəliləyiş sürətinin arzuolunan və gözləniləndən aşağı olmasıdır. Buna baxmayaraq, biz bundan imtina etmirik, irəliləməyə davam edəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью