Rusiya və ABŞ bu meydanda DÖYÜŞƏ BİLƏR

19.02.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Futbol üzrə Rusiya və ABŞ milli komandaları yoldaşlıq oyunu keçirə bilər.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Sport-Express"ə müsahibəsində matçın agenti Mezmuredavid Desta bildirib.

Onun sözlərinə görə, bu oyunun keçirilməsinə heç bir maneə yoxdur.

“Əlbəttə, niyə də olmasın. Belə bir matç təşkil etmək olar. Məncə, bu əla ideyadır. Bunun üçün bizə daha çox təfərrüat, həmçinin RFU-dan rəsmi məktub lazımdır. Belə bir döyüş təşkil etmək çətin olmayacaq", - Desta deyib.

2022-ci ilin yazında Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrini nəzərə alaraq, Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəlib.

Rusiyalı futbolçular 2022-ci il Dünya Çempionatının pley-off mərhələsini, Dünya Kubokunun özünü və 2024-cü ildə Almaniyada keçiriləcək Avropa Çempionatını buraxıbla.

ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatının püşkatma mərasimində Rusiyanın da iştirakına icazə verilməyib.(Publika.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью