Rusiya və ABŞ bu müharibədə müttəfiq idi Səfir

04.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya ABŞ-la münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinin mümkün olduğunu bəyan edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ-ın Müstəqillik Günü münasibətilə yaydığı bəyanatda bildirib.

Bəyanatda qeyd olunub ki, Rusiya ABŞ tarixinin müxtəlif dövrlərində ona dəstək göstərib və İkinci Dünya müharibəsi zamanı iki ölkə müttəfiq olub.

Səfirlik vurğulayıb ki, hazırda Rusiya ilə ABŞ arasında fundamental ideoloji fərqlər yoxdur və hər iki ölkə ailə, din, suverenlik və milli dövlətçilik kimi ənənəvi dəyərləri müdafiə edir. Bu səbəbdən Moskva iki ölkənin qarşılıqlı hörmətə və bərabərliyə əsaslanan konstruktiv tərəfdaşlıq qura biləcəyini hesab edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью