Rusiya və ABŞ kəşfiyyat rəhbərləri arasında danışıq olub

12.03.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff arasında telefon danışığı olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, kəşfiyyat şefləri Moskva və Vaşinqton arasında qarşıdurmanı azaltmaq üçün rəhbərlik etdikləri qurumlar arasında müntəzəm təmaslar barədə razılığa gəliblər.

Bildirilir ki, söhbət zamanı iki xüsusi xidmət orqanının ümumi maraq doğuran sahələrdə qarşılıqlı fəaliyyəti və böhranlı vəziyyətlərin həlli məsələləri müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью