Rusiya və ABŞ nümayəndələri sabah İstanbulda danışıqlar aparacaqlar

26.02.2025

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Rusiya və ABŞ arasında yeni danışıqların tarixini açıqlayıb

Rusiya və ABŞ nümayəndə heyətləri fevralın 27-də İstanbulda “texniki səviyyədə” danışıqlar aparacaqlar. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçəliyə istinadən məlumat yayıb.

“Dəfələrlə qeyd etdiyimiz kimi, Türkiyə gələcək danışıqların təşkili də daxil olmaqla, sülh səylərinə hər cür dəstəyi verməyə hazırdır”, - Türkiyə XİN nümayəndəsi bildirib.

Danışıqlar Moskva və Vaşinqton arasında ikitərəfli məsələlərin həllinə yönələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью