Rusiya və ABŞ tankları müqayisə edilib | Icma.az
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nın “M1E3 Abrams” tankı ilə Rusiyanın “T-14 Armata” tankının perspektivləri müqayisə olunub.
Reyting.az-ın məlumatına görə, “19FortyFive” nəşrinin ekspertləri tərəfindən aparılan təhlil zamanı bildirilib ki, “M1E3 Abrams” bir sıra mühüm üstünlüklərə malikdir.
Qeyd olunur ki, bu tank pilotsuz qüllə, hibrid mühərrik, avtomatik doldurma sistemi və şəbəkə-mərkəzli döyüşlərə uyğunlaşdırılmış modul qorunma sistemləri ilə təchiz edilib.
Mütəxəssislərin fikrincə, Rusiyanın “T-14 Armata” tankları daha müasir formada təkmilləşdirilsə belə, bu modelin lider mövqedə olması barədə danışmaq hələ tezdir.
Onların qənaətinə görə, “M1E3 Abrams” tankının yenilənməsi tam başa çatdıqdan sonra qüvvələr balansı kəskin şəkildə dəyişə bilər.
Ekspertlər vurğulayıblar ki, “T-14 Armata” tankının əsas çatışmazlığı onun indiyədək kütləvi istehsala buraxılmamasıdır.
Yeni istehsaldan çıxan “M1E3 Abrams” tankı isə müasir texnologiyalarla təchiz olunub.
Tam oxu
Xəbəri oxu