“Rusiya və ABŞ Ukraynada sülhə həmişəkindən daha yaxındır” Ağ Ev

18.03.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

“Rusiya və ABŞ Ukraynada sülhün əldə olunmasına həmişəkindən daha yaxındır”.

525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

Bu barədə o, jurnalistlərlə söhbətində bildirib. Ağ Ev rəsmisinin sözlərinə görə, tərəflər sülhün “on yard yaxınlığındadır”. Bu isə münaqişə ərzində ən yaxın nəticədir.

Eyni zamanda, Levitt vurğulayıb ki, qarşıdakı danışıqlar Vaşinqtonun gözləntilərini doğrultmasa, Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.

Karolin Levitt onu da əlavə edib ki, Trampın Putinlə söhbəti zamanı Zaporojye AES ətrafında vəziyyət də müzakirə ediləcək.

Qeyd edək ki, Putinlə Tramp arasında telefon danışığı martın 18-də baş tutacaq.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью