Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ və Rusiya arasında qalan son silahlanmaya nəzarət müqaviləsi 5 fevral tarixində qüvvəsini itirir ki, bu da dünyada qeyri-sabit vəziyyət fonunda nüvə qarşıdurması və ya hesablamada fəlakətli səhv ehtimalı ilə bağlı narahatlıqlar yaradır.
Qaynarinfo xəbər verir ki, bu barədə The Times yazır.
"New START" müqaviləsi 2010-cu ildə prezident Barak Obama və prezident Dmitri Medvedev tərəfindən imzalanmışdı və Rusiya ilə ABŞ-a 1550 strateji nüvə başlığının yerləşdirilməsini məhdudlaşdırırdı. Onların hər biri kifayət qədər güclüdür və bir şəhəri tamamilə məhv edə bilər", deyə məqalədə xatırladılır.
Eyni zamanda, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, bu yeni mərhələ və yeni reallıqdır: "Biz buna hazırıq".
Kremlin mətbuat katibi Dmitri Peskov isə xəbərdarlıq edib ki, dünya "daha təhlükəli vəziyyətlə" üzləşəcək.
Məlumdur ki, sentyabr ayında Rusiya prezidenti Vladimir Putin "New START" müqaviləsi üzrə yerləşdirilmiş raketlərin məhdudiyyətini daha bir il uzatmağı təklif etmişdi. Lakin ABŞ-dan rəsmi cavab alınmayıb.
Keçən ay prezident Donald Trampdan müqavilənin müddətinin bitməsi ilə bağlı soruşulduqda, o belə cavab verib:
"Əgər bitirsə, bitir. Biz daha yaxşı razılaşma edəcəyik".
Tramp həmçinin bildirib ki, hər hansı yeni nüvə razılaşması Çini və onun nüvə arsenalını da əhatə etməlidir. Lakin Pekin bəyan edib ki, Rusiya və ABŞ ilə nüvə bərabərliyinə çatmayınca silahlanma danışıqlarına qoşulmayacaq.
Londondakı "Chatham House" analitik mərkəzinin silahlanmaya nəzarət üzrə eksperti Corciya Kol vurğulayıb:
"Fikrimcə, biz Soyuq müharibənin pik dövründən bəri ən təhlükəli dövrdəyik. İnanılmaz aşağı səviyyədə etibar, şəffaflığın olmaması və yanlış hesablamalar və ya konfliktin eskalasiyası ehtimalı mövcuddur. "New START" müqaviləsinin müddətinin bitməsi və yerinə heç nə gəlməməsi, avtomatik olaraq yeni silahlanma yarışına və ya böhran eskalasiyasına səbəb olmayacaq, amma belə imkan var".
Ekspertlər həmçinin xəbərdarlıq edirlər ki, Trampın Qrenlandiyada "Qızıl Qüb" müdafiə sistemi yerləşdirmək planları konfliktin eskalasiyasına səbəb ola və Çin ilə Rusiyanı daha inkişaf etmiş nüvə silahları hazırlamağa sövq edə bilər.
"Qızıl qalxan təşəbbüsü vəziyyəti son dərəcə destabilizə edir", deyə Kol əlavə edib.
Aydın