Rusiya və Almaniya arasında ikinci müharibə: BAŞLAYIR

06.09.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rusiyanın Leypsiq/Halle hava limanında baş verən dron hadisəsində Rusiyanın iştirakı ilə bağlı ittihamlar əsl müharibənin başlanğıcıdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Leypsiq, hava limanı. Onlar hansısa dron tapdılar. Dedilər ki, bu, Rusiya dronudur və heç kim araşdırmaq üçün narahat olmayıb. Bu, əslində əsl müharibənin başlanğıcıdır",- Lavrov “Vesti”-yə verdiyi müsahibədə bildirib.

Nazirin sözlərinə görə, Berlin Bonndakı Rusiya Baş Konsulluğunu bağlamaq və Berlindəki Rusiya Evinin fəaliyyət göstərdiyi müqaviləni ləğv etmək qərarına gəlib.

Xatırladaq ki, 1 sentyabrda Almaniya rəsmi olaraq Rusiyanı Leypsiq/Halle hava limanına dron hücumu cəhdini təşkil etməkdə ittiham edib. Almaniya hakimiyyət orqanlarının məlumatına görə, 4 avqustda tapılan dron partlayıcı maddələrlə silahlanmış və Ukrayna yük təyyarələrinin yaxınlığında uçurdu.

Berlin istintaq və kəşfiyyat orqanlarının məlumatlarında Rusiya dövlət qurumlarının iştirakına işarə edildiyini bildirib. Moskva ittihamları rədd edir.

İttihamlardan sonra Almaniya Bonndakı Rusiya Baş Konsulluğunun bağlandığını və Berlindəki Rus Evi ilə müqaviləsinin ləğv olunduğunu elan edib. Berlin həmçinin Aİ-ni Rusiyaya qarşı yeni tədbirlər görməyə çağırıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью