Rusiya və Amerika heyətlərinin birgə naharı ləğv edildi

16.08.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Rusiya və Amerika nümayəndə heyətləri üçün nəzərdə tutulan nahar ləğv edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

"Rusiya və Amerika nümayəndə heyətləri üçün nəzərdə tutulan nahar dövlət başçıları Vladimir Putin və Donald Trampın mətbuat konfransında jurnalistlərə müraciətindən sonra ləğv edilib", - deyə məlumatda qeyd olunub. 

Bildirilib ki, Tramp indi Ağ Evə qayıdır.

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью