Rusiya və Azərbaycan prezidentləri Xəzər dənizi ilə bağlı mühüm razılığa gəliblər | Icma.a…
Oxu.az saytına istinadən Icma.az xəbər verir. "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və qonşu dövlətlərdə gərginliyin artdığı bir zamanda dünya siyasətində Azərbaycanın əhəmiyyətli rola malik olması danılmazdır.
Çünki ölkəmizin sərgilədiyi mövqe baş verən geosiyasi proseslərdə vacib qərarların alınmasına təsir edir.
Rusiyanın "TASS" informasiya agentliyi oxucularının diqqətinə çatdırıb ki, Rusiya və Azərbaycan prezidentləri Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəliblər.
Mənbə xəbər verib ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin gənc alimlərlə görüşündə danışıb.
"Bakıya səfər etdikdən sonra İlham Heydər oğlu ilə razılığa gəldik ki, bu mövzuda birgə işləyəcəyik.
Mən artıq Rusiya Federasiyası Hökumətinə müvafiq fəaliyyət proqramının hazırlanması ilə bağlı tapşırıq vermişəm", - deyə Rusiyanın dövlət başçısı bildirib.
Vladimir Putin qeyd edib ki, Xəzərin Aral dənizinin taleyini təkrarlamasına yol vermək olmaz və onun dayazlaşmasının qarşısını almaq üçün bütün tədbirlərin görülməsi vacibdir.
Tam oxu
Xəbəri oxu