Rusiya və Azərbaycan təyyarə qəzası ilə bağlı Qazaxıstandakı istintaqda iştirak etmir

27.12.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstanda istintaq araşdırmaları aparmır.

Oxu.Az Lada.kz-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev brifinqdə məlumat verib.

"Bu gün Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları bizim istintaq-əməliyyat qrupumuzun üzvü deyillər və istintaq hərəkətləri həyata keçirmirlər", - Ordabayev bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri Qazaxıstana gəliblər, lakin respublika qanunvericiliyinə uyğun olaraq cinayət təhqiqatında iştirak edə bilməzlər. Onlara istintaqla bağlı olmayan işlərdə iştirak etməyə icazə verilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью