Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Rusiyanın Çelyabinsk vilayətində Rusiya və Çin hərbçiləri “Mərkəz-2026” hərbi təlimlərində iştirak edirlər. Təlimlərdə həmlə əməliyyatı və "Mərkəzi Asiya respublikalarından birinin ərazisində təhlükəsizlik zonasının” yaradılması üzrə manevrlər keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Yunus-bek Yevkurovun Rusiya Prezidenti Vladimir Putinə etdiyi məruzədə bildirilib.
Onun sözlərinə görə, təlimlərdə şərti təcavüz dəf edildikdən sonra koalisiya qruplaşması “işğal olunmuş ərazinin azad edilməsi və qonşu ərazidə təhlükəsizlik zonasının yaradılması” məqsədilə hücuma keçib.
Çin hərbçiləri təlimlərin hücum mərhələsində iştirak ediblər. “İnterfaks”ın məlumatına görə, Çin ordusunun bölmələri Pakistan və Qırğızıstan hərbçiləri ilə birlikdə sol cinahda yerləşib.
Qeyd edək ki, “Mərkəz-2026” strateji komanda-qərargah təliminin əsas mərhələsi 2 oktyabr 2026-cı ildə Rusiya Mərkəzi Hərbi Dairəsinin Çebarkul poliqonunda keçirilib.