Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirib ki, Moskva və Pekin müstəqil ödəniş infrastrukturunun yaradılması istiqamətində əməkdaşlıq edir.
“Biz gələcəyə baxırıq və Qərbin maliyyə-bank sektorunda şərtlərini diktə etmək imkanlarını məhdudlaşdırmaq üçün müstəqil ödəniş infrastrukturunun formalaşdırılması üzərində işləyirik”, – deyə Morqulov RIA Novosti-yə müsahibəsində qeyd edib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Səfirin sözlərinə görə, Rusiya maliyyə ismarıclarının ötürülməsi üzrə öz sistemini inkişaf etdirir.
O həmçinin əlavə edib ki, Çinin CIPS adlı transsərhəd sistemi mövcuddur və artıq bəzi Rusiya bankları bu sistemə qoşulub.