Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Rusiya və Çin qlobal və regional sabitliyin və beynəlxalq hüququn qorunması üçün müvafiq tədbirlər görəcəklər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlardan sonra bildirib.
Şoyqu vurğulayıb: "Ölkələrimizin milli maraqların müdafiəsi, suverenliyin və ərazi bütövlüyünün, təhlükəsizliyin və inkişafın təmin edilməsi ilə bağlı mövqeləri eyni və ya yaxındır. Sizi bir daha əmin etmək istəyirəm ki, qlobal və regional sabitliyin qorunması, eləcə də BMT sisteminə əsaslanan beynəlxalq hüququn qorunması üçün çiyin-çiyinə birgə çalışacağıq".