“Rusiya və Çin ticarət dövriyyəsi 200 milyard dolları ötüb” XİN

10.09.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya ilə Çin arasında ticarət dövriyyəsi xarici təzyiqlərə baxmayaraq sabitdir və inkişaf edir”. 

525.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Xarici təzyiqlərə baxmayaraq, ikitərəfli ticarət dövriyyəsi ardıcıl üçüncü ildir ki, 200 milyard dolları ötür. 2026-cı ilin ilk yarısında biz yenidən sabit artım trayektoriyasına qayıtmışıq və bu ilin yekunlarına əsasən yeni rekord gözləyirik”, - o deyib.

Rudenko qeyd edib ki, Rusiya və Çin əməkdaşlığı enerji sektorunda, kənd təsərrüfatı məhsulları və ərzaq ticarəti sahəsində inkişaf edir, ikitərəfli investisiyaların həcmi artır. Bundan əlavə, onun sözlərinə görə, mədəni-humanitar mübadilə də fəal şəkildə genişlənir.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью