Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya və Çin birləşərək ABŞ və Səudiyyə Ərəbistanını dünyanın ən böyük neft dövləti statusundan məhrum edə bilərlər.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə danışan MKİ-nin keçmiş analitiki Larri Conson paylaşımında qeyd edib.
L. Consonun fikrincə, Rusiya və Çin Xəzər dənizində hasilatı artıra bilərlər:
“Xəzər dənizinin dibində Venesueladakından, demək olar ki, daha çox neft var. Rotşildlər və başqaları əvvəlcə onun bir hissəsini tutmağa çalışdılar. Amma neft hələ də oradadır”.
V. QULİYEV