Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Çin-Rusiya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərdir.
Son dəfə iki ölkə arasında olan əlaqələri tənzimləyən əsaslı müqavilə 5 il müddətinə uzadıldı.
Bu dövlətlərin böyük potensialı var ki, münasibətləri yüksək səviyyədə saxlayaraq bundan yararlansınlar".Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.
Onun sözlərinə görə, proseslərdə Moskva-Pekin arasında gedən siyasi dialoq əsas rol oynayır:"Çünki birincisi, dünya siyasətində böyük dəyişikliklər var.
Digər tərəfdən ABŞ, Avropa İttifaqı, Rusiya, Çin arasında dünya birinciliyi uğrunda çox sərt mübarizə gedir.
Bu baxımdan Kremlin imkanları daha imtiyazlıdır. Ona görə ki, Rusiyanın Çinlə böyük sərhədi var.
Həmçinin Moskva Pekinin enerji daşıyıcılarının təminatçısı kimi çıxış edir.