​​​​​​​Rusiya və Çinin sualtı qayıqları ilk dəfə birgə patrul həyata keçirib

27.08.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Rusiya Hərbi Dəniz Donanmasının və Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin dizel-elektrik sualtı qayıqları Asiya-Sakit okean regionunda ilk dəfə birgə patrul xidmətinə qoşulub.

APA TASS-a istnadən xəbər verir ki, bu barədə Rusiya Sakit Okean Donanmasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, sualtı patrul avqustun əvvəlində Yapon dənizində keçirilən "Dəniz Əməkdaşlığı – 2025" adlı Rusiya-Çin hərbi təlimlərinin başa çatmasından sonra başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью