525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Rusiya və Ermənistanın aidiyyəti qurumları prezident Vladimir Putinlə Baş nazir Nikol Paşinyanın Bişkekdə keçirilən görüşünün nəticələri əsasında ticarət məsələləri üzərində işləyəcəklər”.
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Paşinyanla Bişkekdə keçirilən görüş zamanı — bu, çox mühüm və kifayət qədər məzmunlu görüş idi - ikitərəfli ticarət-iqtisadi əməkdaşlıqla bağlı bir sıra konkret məsələlər müəyyənləşdirildi”, –Kremlin nümayəndəsi deyib.
Peskovun sözlərinə görə, Rusiya və Ermənistanın müvafiq qurumları bu məsələlərlə məşğul olacaq və onların üzərində işləyəcəklər.
Qeyd edək ki, Moskva bir müddətdir ki, Ermənistandan gələn məhsullara qadağalar tətbiq edib.
Pərvanə Sultanova