Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanın Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə əlaqə saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, nazirlikdən “İzvestiya”ya bildirilib ki, Zurabaşvilinin rusiyalı həmkarı Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin müəyyən edilib. O, Cənubi Qafqaz istiqamətinə kurasiya edir.
Rusiya XİN bəyan edib ki, Moskva Gürcüstanla praqmatik və qarşılıqlı faydalı münasibətlərin qurulmasını daim dəstəkləyir.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 21-də Giorgi Zurabaşvilini Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndə vəzifəsinə təyin edib.
Rusiya XİN-in məlumatına görə, xüsusi nümayəndələr səviyyəsində əlaqələrin qurulması iki ölkə arasında dialoqun bərpasına işarədir.
Murad İsmayıl