Rusiya və Hindistan hərbi əməkdaşlığı GÜCLƏNDİRİR

28.11.2024

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya və Hindistan hərbçiləri müdafiə sektorunda əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi Moskvada keçirilən görüşdən sonra məlumat verib.

Hindistanın Rusiyadakı nümayəndə heyəti hərbi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiya çərçivəsində hərbi əməkdaşlıq üzrə işçi qrupunun dördüncü iclasında iştirak edib.

"Görüş iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın inkişafında mühüm mərhələ oldu", - deyə Hindistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью