Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Rusiya və İndoneziya 2026-cı ilin sonuna qədər viza tələblərini qarşılıqlı şəkildə ləğv edə bilər.
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov məlumat verib.
Onun sözlərinə görə, vizaların ləğvi ilə bağlı işlər təkcə İndoneziya ilə deyil, digər ölkələrlə də aparılır.
Qeyd edək ki, Rusiya XİN-nin digər müavini Andrey Rudenko daha əvvəl Rusiya və Çinin də vizasız rejimin daimi tətbiqi imkanlarını müzakirə etdiyini bildirib. İyulun 20-də Rusiya Prezidenti Vladimir Putin Çin vətəndaşları üçün Rusiyaya vizasız giriş müddətinin 31 dekabr 2027-ci ilə qədər uzadılması barədə fərman imzalayıb.
Gülşən Şərif