Rusiya və İran bu tarixdən rəsmən tərəfdaş olurlar

26.12.2024

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Yanvarın 17-də Moskvada Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanacaq.

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat verib.

"İran və Rusiyanın Hərtərəfli Əməkdaşlıq Müqaviləsi imzalamağa hazır olmasından danışan Kazım Cəlali İranın Prezidenti Məsud Pezeşkianın yanvarın 17-də Moskvaya səfəri barədə məlumat verib və bildirib ki, iki ölkə arasında əməkdaşlıq sazişi Pezeşkian və Putin tərəfindən imzalanacaq", -deyə İranın Moskvadakı səfirliyinin bəyanatında bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью