Rusiya və İran qlobal çağırışlar və təhlükələrə qarşı birgə müqavimət göstərəcək Sergey La…
Icma.az bildirir, Moderator.az portalına istinadən. "Bu müqavilə ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə keçdiyini hü
Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov "RİA Novosti" agentliyinə müsahibəsində bəyan edib.
"Çoxdan hazır olan və tərəflərin razılaşdırdığı yeni "böyük" müqavilə kompleks xarakter daşıyır, uzunmüddətlidir, "bütün mövsümlər" üçündür, bu mənada hər-hansı korrektələr tələb etmir", - nazir deyib.
Onun sözlərinə görə, bu saziş son illər ikitərəfli münasibətlərdə nail olduğumuz "misli görünməyən tərəqqini" hüquqi cəhətdən təsbit etməli və onların strateji tərəfdaşlıq səviyyəsinə keçdiyini fiksə etməlidir.
"Aydındır ki, kompleks sənədin beynəlxalq komponenti də var.
Burada o cümlədən regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib, Moskva və Tehranın təhlükəsizlik, müdafiə, terrorçuluq və ekstremizmlə mübarizə, bir çox digər ümumi çağırış və təhlükələrə birgə müqavimət göstərilməsi sahələrində daha sıx əməkdaşlığa can atdıqları fiksə edilib", - Lavrov qeyd edib.
Ötən həftə İranın Moskvadakı səfiri Kazım Cəlali məlumat verib ki, İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiya paytaxtını ziyarət edəcək.
Səfər çərçivəsində hal-hazırda 2001-ci ildə "Rusiya ilə İran arasında qarşılıqlı münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında" qüvvədə olan sənədi əvəzləyəcək müqavilə imzalanacaq.
Tam oxu
Xəbəri oxu