Rusiya və İran XİN rəhbərləri Çində görüşüb

15.07.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Rusiya xarici işlər naziri Sergey Lavrov İran xarici işlər naziri Abbas Araqçi ilə görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Teleqram kanalında paylaşım edib.

O, nazirlərin Çinin Tyantszin şəhərində görüşdüyünü yazıb.

Qeyd edək ki, Tyanzində Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin XİN başçıları Şurasının iclası keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью