Rusiya və Litva arasında gərginlik ETİRAZ NOTASI

08.07.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya və Litva arasında diplomatik gərginlik yaranıb. Litva XİN "X" sosial şəbəkəsində qeyd edilən məlumatda deyilir ki, Rusiya diplomatı Litvanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və Ukraynaya endirilən son kütləvi zərbələrlə əlaqədar ona etiraz notası təqdim edilib.

SİTAT: "Litvanın Xarici İşlər Nazirliyi Kiyevdə və Ukraynanın digər rayonlarında dinc sakinlər arasında çoxsaylı tələfata səbəb olan son kütləvi hücumlarla əlaqədar etiraz notası təqdim etmək üçün Rusiya diplomatını çağırıb. Litva tərəfi, həmçinin, Rusiya Xarici İşlər Nazirliyi nümayəndələrinin Baltikyanı ölkələrə qarşı yönəlmiş yalan bəyanatlarını rədd edib", - məlumatda bildirilib.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью