Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti iyulun 22-də məlumat yayıb.
Məlumatı “Anadolu” yayıb.
Danışıqlar Filippinin paytaxtı Manilada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) nazirlər səviyyəsində tədbirləri çərçivəsində baş tutub.
Tərəflər ikitərəfli münasibətlərdəki cari məsələləri müzakirə ediblər və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və digər təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət də daxil olmaqla bir sıra regional və beynəlxalq məsələləri nəzərdən keçiriblər.
P.ƏMİRCANOV
XQ