Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq. Tramp Çinin Rusiya-Ukrayna münaqişəsinin həllində iştirakında maraqlı olmayacaqRusiya-Ukrayn
Müxtəlif ölkələr bu münaqişənin nəticəsində öz maraqlara təmin etməyə çalışırlar.
Çin, bu məsələdə həm geosiyasi, həm də iqtisadi maraqlarını nəzərə alaraq mühüm oyunçulardan biri olaraq diqqət mərkəzindədir.
Çin, dünya ticarətindəki mövqeyini qorumaq, eləcə də geosiyasi balansda üstünlük əldə etmək üçün Rusiyanı dəstəkləyən, amma digər tərəfdən Qərblə münasibətlərini də diqqətlə idarə edən strategiyadan çıxış edir.
Bu prosesdə isə Trampın xarici siyasətinin Çinə qarşı yönəlməsi, münaqişənin həlli məsələsində Çin və digər beynəlxalq aktorların rolu ilə bağlı yeni məsələlərin gündəmə gəlməsinə səbəb olur.
Politoloq Sultan Zahidov Sherg.az-a açıqlamasında Çin və digər güclərin bu münaqişədəki mövqelərindən və gələcək perspektivlərindən söz açıb:"Çin Rusiya-Ukrayna məsələsində maraqlı tərəflərdən biridir.
Rəsmi Pekin bir tərəfdən çalışır ki, dünya ticarətindəki rolu axsamasın, məhsulları bütün bazarlara sağlam şəkildə giriş etsin və həmin bazarlarda istehlak olunsun.
Digər tərəfdən isə geosiyasi olaraq Rusiya və Qərb arasında, Ukrayna üzərindən olan toqquşma Çinin maraqlarına müəyyən qədər cavab verir.