Rusiya və Suriya bir həftə ərzində bu qədər yaraqlını MƏHV EDİB

07.12.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriya ordusu Rusiya Aerokosmik Qüvvələri ilə birlikdə bir həftə ərzində 2 min 500 yaraqlını məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Suriya Dövlət Yayım Agentliyi məlumat yayıb.

Bildirilib ki, Suriya ərazisində terror təşkilatı “Cəbhət ən-Nusra”nın minlərlə yaraqlısı məhv edilib.

Bundan əvvəl Suriya silahlı qüvvələrinin Rusiya Aerokosmik Qüvvələri ilə birlikdə Hüms və Həma əyalətlərində silahlıların mövqelərinə və təchizat marşrutlarına kütləvi hücumlar təşkil etdiyi qeyd edilib.

Həmçinin Suriya ordusu Dəraa və Əs-Suveyda əyalətlərində yenidən yerləşərək güclü müdafiə kordonu yaradıb.

Roza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью