Rusiya və Ukrayna arasında körpü savaşı Video

17.11.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsində cəbhə xəttindəki mövqe döyüşləri fonunda tərəflər arasında yeni və daha təhlükəli mərhələ – "körpü müharibəsi" başlayıb.
Bizim.Media xəbər verir ki, dünən Ukrayna ordusu Rusiya üçün strateji və simvolik əhəmiyyət daşıyan Krım körpüsünə zərbə endirib.
Hücumdan sonra körpüdə hərəkət məhdudlaşıb.
Bu gün gecə saatlarına isə Rusiya ordusu Kiyevə kütləvi raket zərbələri endirib. Hücumların əsas hədəfi Kiyev körpüləri olub.
Qeyd edək ki, kommunikasiya xətlərinin hədəfə alınması hərbi əməliyyatların təkcə səngərlərdə deyil, arxa cəbhənin əsas təchizat arteriyaları uğrunda getdiyini açıq şəkildə göstərir.
Hərbi ekspertlərin ortaq qənaətinə görə, "körpü müharibəsi" cəbhə xəttindəki mövqe döyüşlərinin dalana dirəndiyi mərhələlərdə daha da intensivləşir. Tərəflər birbaşa toqquşmalardan əlavə, rəqibin arxa cəbhəsini — yəni döyüş meydanını qidalandıran əsas arteriyaları (körpüləri, dəmir yollarını və enerji qovşaqlarını) sıradan çıxarmaqla üstünlük qazanmağa çalışırlar.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью