Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ prezidenti Cozef Bayden Ukraynanın Rusiyanın ərazilərinə zərbə endirmək üçün ATACMS və digər uzaq mənzilli raketlərdən istifadə etməsinə icazə verib.
Bu qərar, Rusiya və Şimali Koreya arasında artan hərbi əməkdaşlıq və Moskvanın cəbhə xəttindəki irəliləyişini nəzərə alaraq qəbul edilib.
Vaşinqtonun bu addımı, həmçinin ABŞ-ın Ukraynaya dəstəyi məsələsində dəyişikliklərə gedə biləcək Donald Trampın 2025-ci ildəki prezidentlik dövrünə qədər həlledici addım atmağa çalışdığını göstərir” Bunu Moderator.az- a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi qeyd edib ki, bu günlərdə, Rusiya cəbhə xəttində daha da irəliləyərək Ukraynanın strateji ərazilərini işğal etməkdə davam edir: “Bu irəliləyiş, Ukraynanın potensial məğlubiyyətinə gətirib çıxara bilər və ABŞ-ın Ukraynaya dəstəyini daha da artırmaq qərarına gəlməsinə səbəb olub.
Rusiya tərəfi, ABŞ və Avropanın bu yeni silah yardımlarını və uzun mənzilli zərbələrə icazə verməsini "provokasiya" kimi qiymətləndirərək, Ukraynanın infrastrukturunu hədəf alacağını bəyan edib.
Bundan əvvəl, Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi quraraq, müharibə hərbi həll yoluyla deyil, yalnız diplomatik yolla bitirilməsi mesajını göndərmişdi.
Şolts, Ukraynaya yeni silah yardımlarının veriləcəyini və əks təqdirdə danışıqlar masasına oturulmazsa, daha sərt tədbirlər görüləcəyini açıqlamışdı.