Rusiya və Ukrayna arasında regional atəşkəs başa çatdı

02.11.2026

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində Rusiya və Ukrayna arasında əldə olunan regional atəşkəsin uğurla başa çatdığını bildirib.

Turkustan.az xəbər verir ki, Melaniya Tramp sosial media hesabında paylaşdığı açıqlamada Oleşkidə oktyabrın 27-də başlayan regional atəşkəsin noyabrın 1-də planlaşdırıldığı kimi başa çatdığını qeyd edib.

O, atəşkəs prosesində göstərdikləri “liderlik və əməkdaşlığa” görə Rusiya və Ukrayna tərəflərinə təşəkkür edib. Melaniya Tramp bu humanitar təşəbbüsün daha geniş sülh səylərinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

“Missiya uğurla başa çatıb. Bölgəyə vacib yardım çatdırılıb və təxminən 800 nəfər təxliyə edilib. Ümid edirəm ki, Oleşki xalqlarımız arasında davamlı sülhün təməli olacaq”, – deyə Melaniya Tramp vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью