Rusiya və Ukrayna danışıqları davam etdirməlidir PESKOV

09.06.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya və Ukraynanın memorandumlarına cavab mübadiləsi məsələsində iki nümayəndə heyətinin görüşünün davam etdirilməsi tələb olunacaq. SİA Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Buna görə də, əlbəttə ki, indi vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq, danışıqların davam etdirilməsi və növbəti raundu barədə söhbət getməlidir. Hələlik bununla bağlı dəqiq anlaşma yoxdur", - o deyib.

D.Peskov həmçinin qeyd edib ki, Rusiya həlak olmuş hərbçilərin meyitlərinin Ukraynaya təhvil verilməsi və əsir mübadiləsi ilə bağlı razılaşmaları həyata keçirməyə hazırlığını qoruyub saxlayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью