Rusiya və Ukrayna ərazi məsələsində razılaşa bilməyib

26.01.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Birgə hərəkətlərimizin Ukraynanı və deməli, Avropanı həqiqətən qorumaq üçün kifayət olması üçün hər şeyi edirik”. Bunu Ukraynanın dövlət başçısı Vladimir Zelenski Litvanın paytaxtı Vilnüsdə Litva Prezidenti Gitanas Nausada və Polşa Prezidenti Karol Navrotskinin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.

Məlumatı “Anadolu” verib. 

Zelenski deyib ki, Polşa Ukraynaya görünməmiş dəstək göstərib, Litva, bütün Baltikyanı ölkələr, Şimali Avropa, Fransa, Böyük Britaniya, Mərkəzi Avropanın demək olar ki, hamısı, İtaliya, Cənubi Avropa ölkələri olan İspaniya və Portuqaliya, Rumıniya və Moldova onlarladır: “Almaniya - əsas müdafiəçilərdən biridir”. 

Onun sözlərinə görə, 1863-cü ildə üsyançılar belə bir birliyi xəyal belə edə bilməzdilər - amma bu gün bu birlik işləyir. Vladimir Zelenski Ukraynanın ərazi bütövlüyündən imtina etməyəcəyini bildirib: “Ərazilərimiz məsələsində mövqeyim dəyişməyib”.

Zelenski qeyd edib ki, “Avropa İttifaqı mövcuddur və hər il daha da güclənir. Amerika Birləşmiş Ştatları bizimlədir. Kanada bizimlədir. Yaponiya bizimlədir”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya və Ukrayna arasında ərazi məsələsi Ankoricdə razılaşdırılmış formula əsasında həll edilməlidir. 

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью