Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya və Ukrayna Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda müharibə dövrünün ən böyük hərbi əsir mübadiləsini həyata keçirmək barədə prinsipial razılığa gəliblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner “X” sosial şəbəkəsində məlumat yayıb.
“Bu gün mühüm humanitar irəliləyiş əldə etdik. Ukrayna və Rusiya müharibə dövründə ən böyük hərbi əsir mübadiləsini həyata keçirmək barədə prinsipial razılığa gəliblər. Bu, ailələri yenidən birləşdirəcək, etimadı gücləndirəcək və sülh prosesinə təkan verəcək”. – deyə Kuşner bildirib.
Onun sözlərinə görə, danışıqlar ciddi, ətraflı və açıq şəraitdə keçib. Hər iki tərəf fikir ayrılıqlarını azaltmaq və müharibənin başa çatdırılması üçün konkret təkliflər irəli sürüb:
“Moskva ilə Kiyev arasında fikir ayrılıqları hələ də qalır. Bununla belə, ABŞ əldə olunan irəliləyişi davam etdirmək və daha geniş çoxtərəfli danışıqlara keçmək niyyətindədir”.
Qeyd edək ki, Kuşner və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff noyabrın 12-də Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırırlar. Görüşdə Avropa nümayəndələrinin Ukrayna ilə bağlı danışıqlara cəlb edilməsi məsələsinin də müzakirəsi nəzərdə tutulur.