GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Rusiya və Ukrayna hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev RBK-yə məlumat verib.
O bildirib ki, Rusiya 52, Ukrayna isə 502 həlak olmuş hərbçinin meyitini qaytarıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında sonuncu meyit mübadiləsi noyabrın 8-də baş tutub. O zaman Rusiya Ukrayna tərəfinə 563 əsgərin meyitini, Ukrayna isə Rusiya tərəfinə 37 hərbçinin meyitini qaytarıb.