Rusiya və Ukrayna Trampa qarşı oxşar taktikalardan istifadə edir

02.04.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Rusiya və Ukrayna münaqişənin həlli üçün Vaşinqtonla danışıqlarda oxşar taktikalar tətbiq edirlər.

Redaktor.az bu barədə "The Wall Street Journal"a istinadla məlumat verir.

Hər iki tərəf özlərinə daha yaxşı şərait əldə etməyə çalışır və bu, ABŞ Prezidenti Donald Trampı tam razı salmadan öz tərəflərinə çəkmək məqsədini güdür.

Qəzetin analitiklərinin fikrinə görə, Rusiya hərbi uğurlarını möhkəmləndirərək Vaşinqton və Kiyevdən maksimum güzəştlər əldə etməyə çalışır, Ukrayna isə ABŞ tərəfindən təklif olunan iqtisadi sazişin şərtlərini yaxşılaşdırmaq istəyir. Lakin Vaşinqtonda danışıqların dirənməsi ilə bağlı narahatlıqlar artmaqdadır. Tramp administrasiyasının nümayəndələri yaxın aylarda münaqişənin həlli ilə bağlı pessimist yanaşmalarını bildirmişdilər.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью