Rusiya və Ukraynanın qarşılıqlı hücumu: 2 ölü

24.07.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Ötən gün İstanbulda keçirilən sülh danışıqlarından sonra Rusiya və Ukrayna bir-birinə hava zərbələri endirib. Ukraynaya məxsus pilotsuz təyyarələrin Soçidə həyata keçirdiyi hücumlarda 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, ötən gün İstanbulda keçirilən sülh danışıqlarından sonra Rusiya və Ukrayna qarşılıqlı hücumlarını davam etdirib. Rusiyanın Qara dəniz sahilindəki Soçi şəhərində Ukrayna qüvvələrinin pilotsuz təyyarələrin hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Rusiyanın aviasiya idarəsi Soçi hava limanında əməliyyatların təxminən 4 saatlıq dayandırıldığını bildirib.
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Qara dəniz və Azov dənizi üzərindəki sularda, eləcə də Krasnodar vilayətinin səmalarında bir gecədə 39 Ukrayna pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью