Rusiya vətəndaşı Bakıda faciəli şəkildə öldü

16.01.2026

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 15-də saat 22:20-də Pirşağı qəsəbəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2003-cü il təvəllüdlü, Rusiya vətəndaşı Emil Elşən oğlu Ələkbərovun idarə etdiyi "Haojue HJ150-6" markalı motosikletlə 1996-cı il təvəllüdlü Əli Allahverdi oğlu Yasanovun idarə etdiyi "Hyundai HD-65" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində motosikletin sürücüsü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью