Rusiya vətəndaşlarını ABŞyə səfər etməməyə çağırıb

11.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını ABŞ-yə səfər etməkdən çəkinməyə çağırıb.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə danışıb. 

Onun sözlərinə görə, buna səbəb rusiyalıların həmin ölkədə saxlanılması riskinin mövcud olmasıdır: “Rusiyalılar Amerikanın hakimiyyət və xüsusi xidmət orqanları üçün ov obyektinə çevriliblər”. 

Zaxarova qeyd edib ki, ölkə vətəndaşlarına, həmçinin ABŞ ilə müttəfiq olan Avropa İttifaqı, Kanada kimi ölkələrə də səfər etməmək tövsiyə edilir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью